Beyləqanda kanalda batan uşağın cəsədi tapıldı

Beyləqanda kanalda batan uşağın cəsədi tapıldı

Beyləqan rayonu ərazisində su kanalına düşərək boğulan uşağın cəsədi tapılıb.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 18-də axşam saatlarında Yeni Xanqızı kanalının Beyləqan rayonu Yeni Mil qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 9 yaşlı Əhməd İbrahimov kanala düşərək boğulub.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Aparılan axtarışlar zamanı bu gün səhər saat 08:00 radələrində Əhməd İbrahimovun cəsədi batdığı yerdən təxminən 9 km aralıda aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: