Beyləqanda 4 nəfəri öldürən şəxs barəsində qərar

Beyləqanda 4 nəfəri öldürən şəxs barəsində qərar

Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə rayon məhkəməsində qərar elan olunub.

Hazırda istintaq davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, hadisə dekabrın 2-də rayon ərazisində qeydə alınıb.

Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları – 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları – 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra F.Cəlilzadə şübhəli şəxs qismində saxlanılıb.

Teqlər: