Beyləqanda 15 nəfər zəhərləndi

Beyləqanda 15 nəfər zəhərləndi

Beyləqan rayonunda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib.

AzerTimes Report-a istinadən xəbər verir ki, zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər: