Bəyanatı qəbul edirik, ancaq Çin suverenliyimizi pozub – ABŞ

Bəyanatı qəbul edirik, ancaq Çin suverenliyimizi pozub – ABŞ

Hava məkanımızda Çinə məxsus hava şarının olması ABŞ-ın suverenliyinin pozulmasıdır və qəbuledilməzdir.

AzerTimes xəbər verir ki, bunu Dövlət Departamentinin yüksək rütbəli rəsmisi deyib.

“Biz Çinin təəssüf etməsi ilə bağlı bəyanatını nəzərə aldıq. Lakin bu hava şarının bizim hava məkanımızda olması bizim suverenliyimiz və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Və bunun baş verməsi qəbuledilməzdir”, – o deyib.

Qeyd edək ki, 3 gün öncə Çinə məxsus olduğu təsbit edilən aerostat (hava şarı) ABŞ səmasına daxil olub.

Teqlər: