Bəyanatı oxuyun: Bakının hüququ var ki… – Naqapetyan

Bəyanatı oxuyun: Bakının hüququ var ki… – Naqapetyan

Azərbaycanın öz ərazisində antiterror əməliyyatları keçirmək hüququ olub.

AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Ayk Naqapetyan erməni mediasına bildirib.

“10 noyabr 2020-ci il tarixli bəyanatın 4-cü bəndinin birinci cümləsini oxuyaq. Rusiya sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir. Ermənistan silahlı qüvvələri nə deməkdir? Sən deyə bilərsən? “Artsax müdafiə ordusu” da Ermənistanın silahlı qüvvələridir, elə deyilmi? Qarabağda Burkina Fasonun silahlı qüvvələri var idimi? Yox! Orada erməni silahlı qüvvələri var idi. Onlar kimdir? Bu erməni silahlı qüvvələri kimə tabedir?

“Artsax” dövləti mövcud deyil. Mən faktlarla danışıram. Üçtərəfli bəyanatda yazılanları düzgün şərh etməliyik”, – deyə Naqapetyan qeyd edib.

Teqlər: