Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov Azərbaycana gələcək.
AzerTimes xəbər verir ki, Özbəkistan XİN başçısı Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin iclasında iştirak edəcək.
İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.