Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
AzerTimes xəbər verir ki, təqdimatda ölkəmizin müdafiə naziri general-polkovnik Zakir Həsənov, HHM Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar ilə yanaşı, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ərsay da iştirak edib.