Bəxtiyar Hacıyevin şikayəti rədd edildi

Bəxtiyar Hacıyevin şikayəti rədd edildi

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilərək həbs edilən Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması illə bağlı qərardan verilmiş şikayətə baxılıb.

AzerTimes xəbər verir ki, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Teqlər: