Bəxtiyar Hacıyevin saxlanma şəraiti… – Vəkil

Bəxtiyar Hacıyevin saxlanma şəraiti… – Vəkil

Bəxtiyar Hacıyevlə görüşdüm. Saxlama şəraitindən və ona qarşı saxlama rəftarından şikayətçi deyil.

AzerTimes xəbər verir ki, bu sözləri ictimai fəal Bəxtiyar Hacıyevin vəkili Aqil layıc qeyd edib.

O bildirib ki, bəzi media Bəxtiyar Hacıyevin CM-nin 221.3-cü maddəsilə təqsirləndirildiyini qeyd edirlər:

“Bu səhvdir, ona qarşı bu maddənin 221.1-ci hissəsilə cəlb etmə mövcuddur”.

A.layıc həmçinin bildirib ki, B.Hacıyevin həbsindən apelyasiya şikayəti verilib.

Qeyd edək ki, Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində istintaq orqanının təqdim etdiyi iddia 9 dekabrda təmin edilib və o, 1 ay 26 gün müddətinə həbs edilib.

Bəxtiyar Hacıyevin istintaqı Bakı şəhər Baş Polis İdarəsində aparılır. O, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələrilə ittiham olunur.

Teqlər: