Bəxtiyar Hacıyevə yeni ittihamlar irəli sürüldü

Bəxtiyar Hacıyevə yeni ittihamlar irəli sürüldü

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə yeni ittihamlar irəli sürülüb.

AzerTimes xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc qeyd edib.

O bildirib ki, B.Hacıyevə Cinayət Məcəlləsinin 221.2.2. (İctimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 289.1. (Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddələri ilə yeni ittihamlar elan olunub.

Teqlər: