Xəbər - Samir Əli -Trend:
Bəxtiyar Hacıyev bu gün saat 14:30 radələrində özünə məxsus
avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib.
Bu barədə DİN Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq bildirilib.
“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın
qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar
mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna
görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və
qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da
polislər baş verə biləcək hadisənin qarşısını alıblar.
Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması
məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam
etdirilir”, – deyə məlumatda qeyd olunub.