İctimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırmayıb.
AzerTimes Yenipress.az-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc deyib.
O bildirib ki, bu gün səhər saatlarında müvəkkili ilə görüşüb:
“Bəxtiyar Hacıyev qəti olaraq aclıq aksiyasını dayandırması xəbərini təkzib etdi. Dedi ki, mətbuatda gedən informasiyalar reallığı əks etdirmir”.
A.Layıcın sözlərinə görə, B.Hacıyevə aclığı dayandırması ilə bağlı təkid etsə də, o bundan imtina edib.
Qeyd edək ki, ötən gün B.Hacıyevin aclığı dayandırdığı barədə məlumat yayılmışdı.
B.Hacıyev barəsində çıxarılan 1 ay 20 günlük həbsə və cinayət işinə etiraz olaraq sulu aclıq aksiyası keçirir.