Betonqarışdırıcı avtomobil qaz kəmərini zədələdi, 35000 abonentin qaz təchizatı məhdudlaşdırıldı

Bu gün səhər saatlarında Betonqarışdırıcı avtomobil magistral
qaz kəmərini zədələyib.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi
məlumat yayıb.

Avtomobilin qaz xətti üzərindən kənarlaşdırılmasından və işin
gedişindən asılı olaraq 12.04.2022-ci il tarixində saat 13:00-dan
etibarən “Keşlə” QPS-dən qaz təchizatı dayandırılıb. Təmir
müddətində Xətai rayonu üzrə (Y. Səfərov, Babək prospekti, Xocalı
prospekti, Nobel, F.Bayramov, S.Vəzirov, M.Mehdizadə, İ.Orucov, NZS
qəsəbəsi, UPD yaşayış sahəsi, Aşıq Qurban, Mingəçevir və Süleyman
Əhmədov küçələri) 35000 abonentin qaz təchizatı məhdudlaşdırılıb,
Nəsimi rayonu üzrə isə (Azadlıq prospekti, 28 May, Dilarə Əliyeva,
Nizami, Xəqani) 20000 abonetin qaz təchizatının alternativ
mənbələrdən təmin olunması imkanlarının mövcudluğuna baxmayaraq,
qaz təchizatında müəyyən zəiflik ola bilər.

Təmir işləri aparılır, yaxın saatlarda qaz təchizatındakı
fasilənin aradan qaldırılması planlaşdırılır.

Teqlər: