Beştərəfli görüşdə nə müzakirə edilib? – İrəvan

Beştərəfli görüşdə nə müzakirə edilib? – İrəvan

Moldovada Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən beştərəfli qeyri-rəsmi görüşün detalları açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Görüşdə regional nəqliyyat və iqtisadi infrastrukturların blokadadan çıxarılması, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə işlər, münasibətlərin tənzimlənməsi, Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi, habelə məhbuslar, itkin düşənlər və digər humanitar məsələlər müzakirə edilib”, – məlumatda qeyd olunub.

İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüş planlaşdırılır. Mişel bildirib ki, Fransa və Almaniya liderlərinin iştirakı ilə daha bir görüş oktyabrın 5-də İspaniyada gözlənilir.

Teqlər: