“Beşiktaş”ın əfsanəvi futbolçusu öldü – Foto

“Beşiktaş”ın əfsanəvi futbolçusu öldü – Foto

“Beşiktaş” klubunun əfsanəvi futbolçusu Faruk Karadoğan 77 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“1965-72 illəri arasında “Beştikaş” formasını geyinən, bu dövrdə qazandığımız iki liqa çempionluğunda əməyi olan əfsanəvi futbolçularımızdan Faruk Karadoğanın vəfat etdiyini böyük bir kədərlə öyrənmiş olduq. Klubumuza xidmətlərini hər zaman hörmətlə xatırlayacağımız F.Karadoğana Allahdan rəhmət ailəsinə, yaxınlarına və camiəmizə başsağlığı diləyirik”, – klubun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, F.Karadoğan karyerası ərzində “Beşiktaş”, “Gənclərbirliyi” və “Adanaspor”da forma geyinib.

Teqlər: