Türkiyə “Beşiktaş”ı Bakıda “Sabah”a qarşı keçirəcəyi oyunla bağlı paylaşım edib.
AzerTimes xəbər verir ki, videoçarxda İstanbul klubunun yerli və əcnəbi futbolçularının fikirlərinə yer verilib.
Oyunçular xeyriyyə matçı ilə bağlı azarkeşlərə çağırış edərək, onları stadiona səsləyiblər.
Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Sabah” – “Beşiktaş” görüşü saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.