“Beşiktaş” “Sabah”la qarşılaşa bilər

“Beşiktaş” “Sabah”la qarşılaşa bilər

Türkiyə “Beşiktaş”ı Bakıda “Sabah” klubu ilə xeyriyyə oyunu keçirə bilər.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş yerli mətbuata açıqlama verib.

71 yaşlı mütəxəssis iki klub arasında danışıqların davam etdiyini bildirib:

“4-5 gün öncə danışdıq. Oyunun tarixi tam dəqiqləşməyib. Biz martın 21-i və ya 24-də oynamağı təklif etdik. Onlar isə matçın martın 25-də keçirilməsini istəyirlər”.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” martın 26-da Bakı Olimpiya Stadionunda “Qalatasaray”la yoldaşlıq oyunu olacağını açıqlayıb. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Teqlər: