Burak Yılmazın istefasından sonra “Beşiktaş”ı çalışdıracaq baş məşqçinin adı müəyyənləşib.
AzerTimes xəbər verir ki, “qara qartallar” Rıza Çalımbaya tapşırılıb. Onun ilkin olaraq dekabrın 3-nə qədər komandaya rəhbərlik etməsi ilə bağlı razılıq əldə olunub. Daha sonra isə rəhbərliklə Çalımbay arasında görüş olacaq və növbəti qərar veriləcək.
Qeyd edək ki, futbolçu kimi uzun illər (1980-1996) “Beşiktaş”da çıxış etmiş və komandanın kapitanı olmuş 60 yaşlı məşqçi 2005-ci ildə İstanbul klubunu çalışdırıb.