Türkiyənin “Beşiktaş” klubu özünə yeni titul sponsoru tapıb.
“Qara qartallar”ın yeni əməkdaşı “Beko” şirkətidir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Beşiktaş”la “Beko” arasında iki illik müqavilə imzalanıb. “Beko” 2020/21 və 2021/22 mövsümündə “Beşiktaş”ın sponsoru olacaq. Super Liqa təmsilçisi bu razılaşmadan iki ildə 42 milyon türk lirəsi qazanacaq.