Türkiyə Super Liqasında XIX turun mərkəzi görüşü “Beşiktaş” və “Qalatasaray” komandaları arasında keçirilib.
Beşiktaş öz meydanında Qalatasarayı 2:0 hesabla məğlub edib.
Qolları Xosef Souza 79-cu, Jorj-Kevin Nkudu 90+1-ci dəqiqədə vurub. Qonaqlar 59-cu dəqiqədə Mbaye Dianın qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.
Bu nəticədən sonra xalını 38-ə çatdıran “Beşiktaş” vahid liderə çevrilib. “Qalatasaray” isə 33 xalla 4-cüdür.