Türkiyənin seçilən futbol klublarından olan “Beşiktaş”, qapıçısı Loris Karius ilə yollarını ayırıb.
Alman qapıçı instaqramda sözləşməsini təktərəfli ləğv edib, müqavilə ilə məxsus olduğu “Liverpul”a qayıtdığını açıqlayıb.
Qeyd edək ki, “Beşiktaş” 26 yaşlı əlcək sahibini 2018-ci ildə 2 illik icarəyə götürmüşdü. Karius 67 oyunda qapısında 95 top görüb.