Futbol üzrə Türkiyə Super Liqasında XXI turun növbəti oyunları keçirilib.
AzerTimes xəbər verir ki, səfərdə “Pendikspor”un qonağı olan “Beşiktaş” 0:4 hesabı ilə uduzub. Meydan sahiblərinin heyətində qollardan ikisini “Fənərbağça”dan icarəyə götürülən Umut Nayir vurub.
Digər matçlarda “Kasımpaşa” “Hatayspor”a 3:0, “Alanyaspor” “Rizespor”a 2:1 hesabı ilə qalib gəlib, “Fatih Karagümrük” “Başakşehir”lə, “Adana Demirspor” isə “Ankaragücü” heç-heçə edib – 1:1.
Turun digər görüşləri yanvarın 21-22-də keçiriləcək.
Qeyd edək ki, turnir cədvəlinə 53 xalla “Fənərbağça” başçılıq edir. Liderdən iki xal az toplayan “Qalatasaray” ikincidir. “Trabzonspor” 37 xalla üçüncü, “Beşiktaş” 35 xalla dördüncü pillədə qərarlaşıb.