“Beşiktaş” 16-cı dəfə Türkiyə çempionu olub

Mayın 15-də futbol üzrə Türkiyə çempionatının sonuncu turunda “Beşiktaş” doğma meydanda “Göztəpə”ni qəbul edib.

Trend xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu 2:1 hesabı ilə qalib gəlib.

Beləliklə, bu qələbədən sonra “Beşiktaş” 84 xal toplayaraq Türkiyə Superliqasında çempion olub. Onunla eyni xal toplayan, lakin top fərqinə görə geridə qalan “Qalatasaray” ikinci, 82 xala malik olan “Fənərbağça” isə üçüncü olub.

Superliqanı tərk edən klublar isə “Ərzurumspor”, “Ankaragücü” və “Dənizlispor” olub.

Teqlər: