Bəşəriyyət buna görə Putinə minnətdar olmalıdır – Markov

Bəşəriyyət buna görə Putinə minnətdar olmalıdır – Markov

Putin Belarusda taktiki nüvə silahı yerləşdirməklə nüvə müharibəsi barədə xəbərdarlıq edib. O, bir qərarla eyni anda bir neçə məqsədə nail olur. Birinci və ən bariz müttəfiqinin xarici təhlükələrdən qorunmasıdır. Rusiyanın nüvə silahı Polşanı özünü daha təvazökar aparmağa məcbur edəcək.

AzerTimes xəbər verir ki, bunu politoloq Sergey Markov deyib.

“İkinci məqsəd tamamilə humanist addımdır və bütün bəşəriyyət buna görə Putinə təşəkkür etməlidir. Söhbət nüvə təxribatlarının dayandırılmasından və qlobal strateji tarazlığın qorunmasından gedir. Rusiya rəhbərliyi mütəmadi olaraq ölkənin nüvə statusunu və ona hücum cəhdlərinin nəticələrini Qərbə xatırlatmağa yönəlmiş addımlar atır. Putinin Belarus addımı belə hadisələrdən biridir.

Bəşəriyyət nüvə müharibəsinin baş verəcəyindən qorxur. Qərb liderlərinə çox uzağa getməməli olduqlarını xatırlatmaq üçün biz rübdə bir dəfə nüvə silahlarının mövcudluğunu xatırladan nəsə edirik ki, sözügedən silah heç vaxt istifadə olunmasın. Bu da həmin tədbirlərdən biridir”, – Markov bildirib.

Teqlər: