Bəşər Əsəd Türkiyəyə dəvət edilibmi? – AKP

Bəşər Əsəd Türkiyəyə dəvət edilibmi? – AKP

Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik. Bizim Suriyadakı mövcudluğumuz bu dövlətin ərazi bütövlüyünə qarşı deyil.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.

O, Suriya ilə əlaqələrin normallaşması xəbərinin bütün dünyada gündəm olduğunu, lakin hələ də Suriya Prezidenti Bəşər Əsədin Türkiyəyə dəvət olunmadığını vurğulayıb.

Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədin ölkəsinə dəvət olunacağını bəyan edib.

Teqlər: