Suriya Prezidenti Bəşər Əsəd 11 il əvvəl başlayan vətəndaş müharibəsindən sonra ilk dəfə Hələbə səfər edib.
AzerTimes xəbər verir ki, səfər zamanı Əsəd yüksək vəzifəli dövlət rəsmiləri ilə Abdullah İbn Abbas məscidində bayram namazı qılıb.
İctimaiyyətə müraciət edən Əsəd tarixi bazarlara baş çəkdiyini və istilik elektrik stansiyasının açılışını etdiyini bildirib.
Əsədin dünən başlayan Hələb səfərində həyat yoldaşı Esma Esad, iki oğlu və qızı da iştirak edib.