Besart Kadia Azərbaycana səfir göndərilə bilər

Besart Kadia Azərbaycana səfir göndərilə bilər

Bu gün Albaniya Parlamentinin Xarici Siyasət Komissiyasında Albaniyanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd olan hazırda bu ölkənin xarici işlər nazirinin müavini vəzifəsində çalışan Besart Kadia ilə bağlı dinləmələr keçirilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, B.Kadia komissiya üzvləri qarşısında çıxışında iki ölkə arasındakı əlaqələrə diqqət çəkib, diplomatik əlaqələrin 1990-cı illərin əvvəllərində yarandığını xatırladıb.

“Bu illər ərzində ikitərəfli əməkdaşlıq genişlənib, iqtisadi əlaqələrə xüsusi diqqət yetirilib. Enerji sektoru ümumi maraqların əsas istiqamətinə çevrilib. Cəmi bir il əvvəl biz Albaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu üç onillikdə biz sübut etdik ki, iki ölkə arasında münasibətlər möhkəm qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq əsasında qurulub”, – o vurğulayıb.

B.Kadiya Azərbaycanla enerji sektorunda iqtisadi əməkdaşlığın əhəmiyyətini də vurğulayıb və bunu ikitərəfli münasibətlərin ən mühüm aspektlərindən biri adlandırıb:

“TAP seqmentini də əhatə edən “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanı bir neçə ölkə, o cümlədən Albaniya vasitəsilə İtaliya ilə birləşdirən strateji layihədir. Qaz kəmərinin bizim ərazimizdən keçməsinə baxmayaraq, indiyədək Albaniya bu layihə vasitəsilə təbii qaz almayıb. Məqsədimiz Albaniyanın bu qaz layihəsindən benefisiar olmasıdır”.

Teqlər: