Beş prinsipin təşəbbüskarı Azərbaycandır – Əliyev

Beş prinsipin təşəbbüskarı Azərbaycandır – Əliyev

Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı Azərbaycan Respublikasıdır.

AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə baş tutan telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Teqlər: