Müharibə veteranlarına verilən müavinətlərin artırılması növbəti islahat paketlərində nəzərə alınacaq.
AzerTimes Yenipress.az-a istinadən xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, hazırkı sosial paket daha çox şəhid ailələri və müharibə əlilliyi olan şəxsləri əhatə edir.
A.Kərimov həmçinin qeyd edib ki, yeni sosial paket yanvarın 1-dən tətbiq olunsa da, hesablanaraq fevralda ödəniləcək.