Beş adda bioloji fəallığa malik qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib

Xəbər - Çingiz Səfərli – Trend:

Bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin bu sahədəki fəaliyyətləri ilə bağlı müraciətlərə operativ və kollegial qaydada baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyanın 2021-ci il 24 avqust tarixində keçirilən iclasında ümumilikdə 27 müraciətə baxılıb.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, nəticədə müraciət əsasında idxal olunan 22 bioloji fəallığa malik qida əlavəsi sertifikatlaşdırılıb, 5 adda bioloji fəallığa malik qida əlavəsinin isə sertifikatlaşdırılmasından imtina edilib.

Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Twitter:@cingizsafarli

Teqlər: