Bərzani HDP-ni Ərbildən qovdu

Bərzani HDP-ni Ərbildən qovdu

İraq Kürdüstan Muxtariyyətinin rəhbərliyi Xalqların Demokratik Partiyasının (HDP) Ərbildəki ofisini bağlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən HDP-nin İraq Kürdüstan Regionu üzrə təmsilçisi Hikmət Xətib və partiya üzvləri maşınlara mindirilərək Süleymaniyyə şəhərinə aparılıblar.

Süleymaniyə şəhərində məsələ ilə bağlı açıqlama verən H.Xətib bildirib ki, onlar öncə aidiyyəti polis şöbəsinə çağırılıblar:

“Bizə orda dedilər ki, Ərbildə yeriniz yoxdur, Süleymaniyə şəhərinə gedin. Səbəbini soruşsaq da, heç bir cavab almadıq”.

Teqlər: