Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az-ın məlumatına görə, birlik komandiri general-mayor Mayis Bərxudarov hər üç medalla təltif olunub. 44 yaşlı general bundan öncə “Qarabağ” ordeni ilə təltif edilmişdi. General-mayor ötən gün isə “Cəbrayılın azad edilməsinə görə” medalına layiq görülmüşdü.
1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov isə həm “Füzulinin azad olunmasına görə”, həm də “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. 45 yaşlı general-mayor dekabrın 9-da da “Qarabağ” ordeni ilə təltif edilmişdi.
Qeyd edək ki, Ordu birliklərinə rəhbərlik edən hər iki general 27 il idi ki, məcburi köçkün idilər. Belə ki, Mayis Bərxudarov Qubadlıdan, Hikmət Həsənov isə Füzulidəndir.
www.yenicag.az