Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində dəstək mexanizmləri müəyyənləşib

Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə sahəsində dəstək mexanizmləri müəyyən edilib.

AzerTimes xəbər verir ki, “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda bildirilir ki, elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə sahəsində bu Qanunun məqsədləri üçün aşağıdakı dəstək mexanizmləri tətbiq olunur:

– bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vasitələrin tətbiqi ilə dəstəklənməsi;

– aktiv istehlakçının dəstəklənməsi;


– elmi-tədqiqatların dəstəklənməsi;

– Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mexanizmlər.

Teqlər: