Fevralın 25-də Energetika Nazirliyi tərəfindən “facebook” sosial şəbəkəsi vasitəsilə “Bərpa olunan enerji və yaşıl texnologiyalar” mövzusunda vebinar keçiriləcək.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, vebinarda günəş, külək, kiçik hidro, biokütlə, geotermal, dalğaların enerjisi kimi bərpa olunan enerji növləri və texnologiyaları, onlardan istifadə sahələri, əsas üstünlükləri, ətraf mühitə və ekologiyaya təsirləri haqqında ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.
Vebinarda iştirak etmək istəyənlər aşağıda göstərilmiş “facebook” səhifəsinə abonə ola və 25 fevral tarixində saat 18:00-da həmin səhifədən vebinara qoşula bilərlər: