Bərpa olunan enerji mənbələrindən istifadədə dövlətin vəzifələri təsdiqlənib

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlətin vəzifələri müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

1. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
2. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində fəaliyyət planlarını qəbul etmək;
3. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində normativ hüquqi aktları qəbul etmək;
4. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaradılmasını təmin etmək;
5. bərpa olunan enerji mənbələrinin ərazilərini müəyyənləşdirmək;
6. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dəstək mexanizmlərini tətbiq etmək;
7. peşəkar mütəxəssislərin hazırlanması, kadr potensialının gücləndirilməsi və tədris proqramlarının tərtibi ilə bağlı tədbirlər həyata keçirmək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Teqlər: