Bərpa olunan enerji mənbələri üzrə xarici şirkətlərlə razılıqlar əldə olunub – Pərviz Şahbazov

Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialının istifadəsi üzrə xarici şirkətlərlə razılıqlar əldə olunub.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) ölkələrinin enerji investisiya forumunda deyib.

Nazir vurğulayıb ki, Azərbaycanın azad edilmiş ərazilərində “yaşıl enerji” zonaları yaradılır, xarici şirkətlərlə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı razılıqlar əldə olunub.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə “yaşıl zonalar”ın yaradılması təşəbbüsü “yaşıl” texnologiyaların, səmərəli və “ağıllı” sistemlərin tətbiqini nəzərdə tutur.

Nazir xatırladıb ki, Qlazqoda keçirilən COP26 toplantısında Azərbaycan azad edilmiş əraziləri “xalis sıfır zona” kimi görmək niyyətində olduğunu bildirib.

“Bu gün, ekoloji problemlərin miqyasının artdığı bir vaxtda hökumətlərə dayanıqlı enerji təhlükəsizliyini təmin edəcək güclü enerji siyasəti lazmdır. Mövcud enerji böhranının təsirləri də göstərir ki, enerji keçidi ilə bağlı sərt və tələsik siyasi ritorika enerji təhlükəsizliyi və ekoloji davamlılıq arasında daha sağlam tarazlıq nəzərə alınmaqla yenidən nəzərdən keçirilməlidir. 2030-cu ilədək tullantıların sıfır səviyyəsinə çatmaq üçün enerji sektoruna qlobal investisyalar üçqat artmalıdır”, – deyə P.Şahbazov bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: