İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Milanda müalicə aldığı xəstəxanada vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“İtaliya siyasətinin veteranı, İrəli İtaliya Partiyasının təsisçisi və əvəzolunmaz lideri Silvio Berluskoni 87 yaşında vəfat edib”, – məlumatda qeyd olunub.
Aprel ayında xəstəxanaya yerləşdirilən siyasətçinin miyelomonositik leykozdan əziyyət çəkdiyi bildirilmişdi. Milandakı “San Raffaele” xəstəxanasında bir aydan çox yatdıqdan sonra Berluskoni evə buraxılmışdı. İyunun 9-da vəziyyəti ağırlaşan siyasətçi yenidən xəstəxanaya aparılmışdı.
Qeyd edək ki, Silvio Berluskoni 1994-1995, 2001-2005, 2005-2006, 2008-2011-ci illərdə İtaliya Nazirlər Şurasının sədri olub.