Berluskoni İtaliya prezidentliyinə namizədliyini irəli sürüb

Xəbər - Orxan Nəbiyev – Trend:

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ölkə prezidentliyinə namizədliyini irəli sürüb.

Trend-in məlumatına görə, bunu müxalif “Liqa” partiyasının sədri Matteo Salvini bildirib.

Onun sözlərinə görə, S.Berluskoni sağ-mərkəzçi partiyaların yeganə namizədi olacaq.

Qeyd edək ki, İtaliyada yeni prezidentin seçilməsi prosesi yanvarın 24-də başlayacaq. Parlament səsverməsi nəticəsində səs çoxluğu əldə edən şəxs yeddi il müddətinə prezident seçiləcək.

85 yaşlı Silvio Berluskoni 1994-95, 2001-06 və 2008-11-ci illərdə İtaliyanın baş naziri olub.

Ölkənin hazırkı prezidenti Serco Mattarella 2015-ci ildə parlament tərəfindən prezident seçilib.