Berlinin 6 ayda istehsal etdiyini Ukrayna bir günə atır

Berlinin 6 ayda istehsal etdiyini Ukrayna bir günə atır

Ukraynanın bir gündə istifadə etdiyi mərmilərin həcmi Almaniyanın 6 aylıq istehsalına bərabərdir.

AzerTimes xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransının sabiq rəhbəri, alman diplomat Volfranq İşinger deyib.

Onun sözlərinə görə, müharibə iqtisadiyyatı Almaniyanın NATO və Avropadakı tərəfdaşları ilə koordinasiyada təşəbbüs göstərməsi və müharibə ilə əlaqədar Avropa müdafiə şirkətlərini daha çox silah və sursat istehsal etməyə çağırması anlamına gələcək:

“Söhbət təkcə tankların deyil, həm də artilleriya, döyüş sursatı, raketlər, hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr və daha çox şeylərin tədarükündən gedir”.

O qeyd edib ki, Putinlə danışıqlar hazırda çox az şey verə bilər. Buna baxmayaraq, o, ünsiyyət kanallarının açıq qalmasını və danışıqların aparılmasını zəruri hesab edib.

Teqlər: