Berlindən Ukraynaya 700 milyon avroluq yeni paket

Berlindən Ukraynaya 700 milyon avroluq yeni paket

Almaniya Litvanın paytaxtı Vilnüsdə NATO sammitində Ukrayna Silahlı Qüvvələrinə 700 milyon avro dəyərində yeni hərbi dəstək paketi elan edib.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius məlumat verib.

“Çox şadam ki, bu gün Vilnüsdə Rusiyanın hücumuna qarşı Ukraynaya dəstək üçün başqa bir paket yarada bildik. Paket Ukraynanın prioritetlərinə xidmət edəcək. Paket hava hücumundan müdafiə, tanklar və artilleriyadan ibarət olacaq. Paketin təxminən 700 milyon avro olduğu təxmin edilir. Bununla da biz Ukraynanın davamlılığının möhkəmlənməsinə mühüm töhfə veririk”, – o bildirib.

Bu günə qədər Almaniya Ukraynaya təxminən 3 milyard avro dəyərində silah tədarükünü təsdiqləyib.

Teqlər: