Berlindən Polşaya cavab: Təzminat məsələsi bağlanıb!

Berlindən Polşaya cavab: Təzminat məsələsi bağlanıb!

Almaniyanın İkinci Dünya Müharibəsinə görə, Polşaya kompensasiya ödənilməsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, bu məsələ qapanıb.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi deyib.

“Federal hökumətin mövqeyi dəyişməzdir, təzminat məsələsi bağlanıb. Polşa çoxdan, 1953-cü ildə əlavə təzminatlardan imtina edib və bu imtinanı dəfələrlə təsdiqləyib. Bu, bugünkü Avropa nizamı üçün zəruri əsasdır”, – deyə bildirilib.

Qeyd edək ki, Polşa İkinci Dünya müharibəsi zamanı faşist işğalına görə Almaniyadan 1,3 trilyon dollar təzminat tələb edəcəyini açıqlamışdı.

Teqlər: