Almaniyanın müdafiə naziri heç düşünmədən ərazimizdəki hərbi əməliyyatlar haqqında nəsə çərənləyib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Almaniyanın müdafiə naziri Boris Pistoriusun Ukraynanın Rusiya ərazisinə hücumunu normal hesab etməsi ilə bağlı açıqlamasını şərh edərkən bildirib.
“Rusiyaya hücum etmək istəyən alman Berlindəki paradımıza hazır olmalıdır”, – Medvedyev qeyd edib.