Almaniya polisi Berlində Fələstini dəstək nümayişi zamanı 111 nəfəri saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edək ki, nümayiş şənbə günü Kurfürstendamm bulvarı yaxınlığında keçirilib və 500-ə yaxın insan iştirak edib.
Məlumatda bildirilir ki, xəsarət yetirmə, millətlərarası ədavətin qızışdırılması, terror təşkilatlarının simvollarının nümayişi, ictimai asayişin pozulması kimi cinayətlərin törədilməsi şübhələri ilə 21 cinayət işi açılıb.