Berlində Ukrayna ilə bağlı sülh üçün mitinq keçirildi

Berlində Ukrayna ilə bağlı sülh üçün mitinq keçirildi

Almaniyanın paytaxtı Berlində bir neçə min insan Ukraynada sülh üçün mitinq keçirib.

AzerTimes xəbər verir ki, aksiya Almaniya paytaxtının mərkəzindəki Brandenburq qapısında baş tutub.

Məlumata görə, iştirakçılar Qərbin Ukrayna tərəfinə silah tədarükünün əleyhinə, erkən sülh danışıqlarının tərəfdarı olduqlarını bildiriblər.

Mitinq “Bu, bizim müharibəmiz deyil” və “Alman silahları yenidən rusları və ukraynalıları öldürür” şüarları altında keçirilib.

Teqlər: