Almaniyanın paytaxtı Berlində Rusiya əleyhinə tətbiq edilən sanksiyalarla bağlı etiraz aksiyası keçirilib.
AzerTimes xəbər verir ki, “Öncə ölkəmiz“ adlı etiraz aksiyasında Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi saksiyaların dayandırılması tələb olunub.
Aksiyaçılar “Soyuq otaqlar əvəzinə isti payız”, “Üşümək istəməyən silah verməsin”, “Şolts getməlidir” və bu kimi şüarlar səsləndirilib.
Qeyd edək ki, analoji tələblərlə bu gün Avstriya paytaxtında da aksiya təşkil edilib.