Xəbər - Orxan Nəbiyev – Trend:
Almaniyanın paytaxtı Berlində koronavirus pandemiyası ilə əlaqədar aprelin 2-dən etibarən komendant saatı tətbiq olunacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə paytaxt meri Mixael Müller deyib.
Qeyd olunur ki, komendant saatı rejimi saat 21:00-dan 05:00-dək qüvvədə olacaq.
Pasxa bayramı günlərində maksimum 5 nəfərin görüşməsinə icazə verilir.
Bundan başqa, aprelin 8-dən sonra Berlindəki uşaq bağçaları fövqəladə rejimdə işləyəcək. Belə ki, bağçalar sosial əhəmiyyətli işlə məşğul olan şəxslər, tibb işçiləri, polis, yanğınsöndürən və digərlərinin övladları üçün gün ərzində daha uzun müddət fəaliyyət göstərəcək.