Almaniyanın paytaxtı Berlində “Diehl Group” müdafiə-sənaye konserninin metal emalı zavodunda baş verən yanğın 3 gündür davam edir.
AzerTimes xəbər verir ki, bu barədə “Readovka” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, “İris-T” HHM sistemlərinin istehsalı konserninin bir hissəsi olan “Diehl Metall” zavodu uçma təhlükəsi ilə üzləşdiyi üçün yanğınsöndürmə işləri ancaq çöldən aparılır. Yanğının səbəbi hələ müəyyən edilməyib. Müəssisədə sulfat turşusu və mis sianid anbarı olduğu bildirilir. Sabah isə söküntü işlərinin başlaması planlaşdırılır.