Almaniyanın paytaxtı Berlində “Diehl Group” müdafiə-sənaye konserninin metal emalı zavodunda güclü yanğın baş verib.
AzerTimes xəbər verir ki, yanğının söndürülməsinə 130-a yaxın yanğınsöndürən cəlb edilib.
Bildirilib ki, binanın dörd mərtəbəsi tamamən yanıb, bir hissəsi uçub.
Rəsmilər təhlükə ilə bağlı əhaliyə rəsmi xəbərdarlıq edib.
Yanğınsöndürmə idarəsi müəssisənin ətrafından uzaq olmağı, pəncərə və qapıları bağlamağı, havalandırma və kondisioneri söndürməyi tövsiyə edir.
Qeyd edək ki, “Diehl Group” mülki təyinatlı məhsullarla yanaşı, IRIS-T hava hücumundan müdafiə sistemləri, müxtəlif döyüş sursatları və aşkarlama və rabitə sistemləri istehsalı ilə məşğuldur.