Berlində “artsax”la bağlı tədbir təxirə salındı

Berlində “artsax”la bağlı tədbir təxirə salındı

Ermənilərin Almaniyanın paytaxtı Berlində keçirməyi planlaşdırdıqları “Artsaxın mədəni irsi” adlı kitabın geniş təqdimat mərasimi təxirə salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, bu gün tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb:

“Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir”.

Xatırladaq ki, Ermənilər martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar. Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün cidd-cəhd göstəriblər.

Teqlər: