Almaniya və Fransa ölkələri İrana sanksiya tətbiq etməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok danışıb.
“Biz amansız repressiyaya görə məsuliyyət daşıyanlara qarşı əlimizdə olan vasitələrdən istifadə edəcəyik. Bunlar, xüsusən, İranda 550-dən çox struktur, qurum və ya şəxsi əhatə edən mövcud sanksiyalar paketlərinə əlavə olaraq, Fransa ilə birlikdə Avropa səviyyəsində başlatdığımız yeni sanksiyalardır”, – Berbok qeyd edib.